METBUAT.AZ

Dünya

Abdullahianın dəfn tarixi və yeri

22 May 2024 09:08

İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda dəfn ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.

Məlumatına görə, vida mərasimi cümə axşamı səhər Tehranda Xarici İşlər Nazirliyinin binası qarşısındakı meydanda baş tutacaq. Nazir həmin gün axşam saatlarında Şah Əbdül Əzim ziyarətgahının ərazisində dəfn ediləcək.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


metbuat.az.