METBUAT.AZ

Ölkə

ABŞ Azərbaycanın şirkətinə sanksiya tətbiq etdi

2 May 2024 08:25

ABŞ Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərdə deyilir.

Məhdudiyyət 29 fiziki və 250-dən çox hüquqi şəxsə tətbiq edilib.Sanksiyaya məruz qalanlar arasında Azərbaycan, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Türkiyə şirkətləri də var.

Sanksiya tətbiq olunan Azərbaycan şirkəti isə “Lahic Energy” MMC-dir. Onun rəhbəri Yevgeni Əliyev və oğlu Cahangir Əliyev də sanksiyaya məruz qalanlar siyahısındadır.

Şirkət anti-Rusiya sanksiyalarından yayınmağa kömək etməkdə ittiham olunur. Sənəddə qeyd edilir ki, qara siyahıya düşən şirkətlər Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən Rusiya iqtisadiyyatının sektorları ilə işləyir və ya işləyirlər.


metbuat.az.