29 May 2024 17:31
Xalq artisti Afaq Bəşirqızı səhhətindəki problemdən danışıb.
Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişinə müsahibə verən aktrisa hazırda müalicə aldığını deyib. O bildirib ki, səhhətində yaşadığı problemlərə görə səhnədən getməyi düşünüb:
“Bədənimdə saysız-hesabsız əməliyyatlar, xəstəliklər var idi. Bilirəm ki, artıq mənim 18 yaşım yoxdur. Amma mən ona ümidlə baxdım. Reabilitasiya mərkəzinə gəlməyim mənim son ümidim idi. Bu yaxınlarda mən tamaşa oynadım. Tamaşadan sonra həmkarlarıma söylədim ki, mən səhnədən ayrılmaq istəyirəm. Artıq getməyimin vaxtıdır, amma ayrıla bilmirəm. Xasiyyətimə bələd bir insanam. Əgər mən həqiqətən də səhnədən uzaqlaşsam, özümə qapanacağam. Heç mənim yerimi və məkanımı da bilməyəcəklər. Lakin mən səhnədə qalmaq istəyirəm. Səhnədə qalmaq üçün isə müalicələrimə başlayacağam".
Qeyd edək ki, A.Bəşirqızı uzun illərdir ki, xərçəng xəstəliyi ilə mübarizə aparır.