METBUAT.AZ

İdman

AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

11 May 2024 11:42

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

Metbuat.az xəbər verir ki, mayın 13-də keçiriləcək tədbirin gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar AFFA-nın inkişafı strategiyasının (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının, ölkə çempionatının 2024-2025-cü illər mövsümündə tətbiq olunacaq legioner limitinin və 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsidir.

Qeyd edək ki, iclas saat 15:00-da başlayacaq.


metbuat.az.