METBUAT.AZ

İdman

AFFA-nın danışıq apardığı məşqçi imzanı atdı

21 May 2024 23:50

Türkiyə millisinin sabiq baş məşqçisi Ştefan Kuntsun yeni iş yeri bəlli olub.

Metbuat.az xəbər verir ki, almaniyalı mütəxəssis "Hamburq"un idman direktoru təyin edilib.Bu barədə 2-ci Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Kunts daha əvvəl "Bohum"da da eyni vəzifəni icra edib. O, Almaniyanın U-21 və Olimpiya yığmalarını da çalışdırıb.

Qeyd edək ki, 61 yaşlı mütəxəssis AFFA-nın danışıq apardığı mütəxəssislər sırasında idi. O, ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilmişdi.


metbuat.az.