METBUAT.AZ

Hadisə

Ağcabədidə 40 yaşlı kişi

13 May 2024 11:37

May ayının 11-də saat 23 radələrində Ağcabədi rayonunda 1984-cü il təvəllüdlü Həsənov Rauf Azər oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Tural Əhmədov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.


metbuat.az.