METBUAT.AZ

Ölkə

Ağsuda 43 yaşlı kişi güllələndi -

31 May 2024 20:19

Bu gün saat 19 radələrində Ağsu rayonunda 43 yaşlı kişi güllələnib.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, 1981-ci il təvəllüdlü Osmanov Sahib Sərxan oğlunun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Nəticədə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnur Əliyev saxlanılıb.

Araşdırma aparılır.


metbuat.az.