METBUAT.AZ

Sosial

"Aliment ödəyənlərə uşaq pulu verilməsin"

7 May 2024 13:39

“Uşaq pulunun verilməməsinə səbəb sosial yardım və bu tip müavinətlərin təyini göstərilir. Amma statistikaya nəzər yetirsək, son illər doğum faizinin aşağı düşməsini nəzərə alıb bu müavinəti təyin etmək barədə yenidən düşünmək olar”.

Bu açıqlamanı Metbuat.az-a iqtisadçı RaufQarayev edib.

“Ölkədə 2022-2023-cü illərdə doğum faizini müqayisə etsək görərik ki, azalma var. Vəziyyəti nəzarət altına almaq qüçün tədbirlər həyata keçirilməlidir. Artıq məcburi köçkünlərimiz də öz yurd-yuvalarına qayıdır. Onlara edilən güzəştlərin ləğv olunması fonunda büdcədə müəyyən qədər artımlar ola bilər”.

İqtisadçı maraqlı bir təklif ilə çıxış edərək qeyd edib ki, uşaq pulu verilən ailələrdə boşanma faktı qeydə alınarsa, bu zaman həmin müavinətin verilməsi dayandırılmalıdır:

“Çünki, bəziləri alimentin yüksək olmasını boşanmalara əsas səbəb kimi görür. Amma uşaq pulu verilərsə, bəzi insanlar o alimenti almaq üçün planlı şəkildə evliliklərini qurub dağıtmazlar. Əgər bu baş verərsə, aliment ödəyicilərinin uşaqlarına uşaq pulu verilməsə, o zaman bir çox ailələrin dağılmasının qarşısını almaq olar”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.