METBUAT.AZ

Gündəm

Anar Məmmədli barədə

6 May 2024 11:47

Məhkəmə ötən ay saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, Anar Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbsqətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

Xatırladaq ki, A.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


metbuat.az.