METBUAT.AZ

İdman

Ançelotti "Real"dan gedə bilər -

29 May 2024 11:43

Fransanın “Reyms” klubunun rəhbərliyi Davide Ançelottini komandanın baş məşqçisi təyin etmək istəyir.

Metbuat.az xəbər verir ki, iddialara görə, Davide Ançelotti təklifi rədd etməyib. “RMC Sport”un məlumatına görə, fransızlar Uill Still qarşılıqlı razılıq əsasında klubu tərk etdikdən sonra Ançelottinin oğlunu prioritet transfer hədəfi kimi müəyyənləşdiriblər. Tərəflər artıq masaya əyləşiblər. Qeyd edək ki, Davide Ançelotti Karlo Ançelotti 2016-cı ildə "Bavariya"da işlədiyi vaxtdan onun köməkçi məşqçisi olub.

Daha sonra 2021-ci ildə “Real Madrid”ə qoşulmazdan əvvəl onlar “Napoli” və “Everton”da birlikdə çalışıblar. Davide Səudiyyə Ərəbistanı Pro Liqasından gələn təklifi rədd edib. Davide Ançelotti “Milan”ın gənclər komandasında oynasa da, heç vaxt A komandasına düşə bilməyib. 2009-cu ildə o, futbolu tərk edərək müəllimlik karyerasına yollanıb.


metbuat.az.