26 May 2024 17:05
Astarada qonaq olan Əfqanıstan vətəndaşı ölüb.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Astara rayonun Pəlikeş kəndində baş verib.
Belə ki, Əfqanıstan vətəndaşı 1956-cı il təvəllüdlü Mohammad Rasul Fahimi həmin kəndə qonaq gedib. Hələlik məlum olmayan səbəblərdən o, qonaq olduğu ünvanda ölüb.
Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Mohammad Rasul Fahiminin Pəlikeş kəndindən olan xanımla ailəli olduğu və Bakı şəhərində yaşadıqları deyilir.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.