METBUAT.AZ

İdman

"Atalanta" UEFA Avropa Liqasının qalibi oldu

23 May 2024 01:12

UEFA Avropa Liqasında 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da keçirilən final matçında Almaniyanın "Bayer 04" və İtaliyanın "Atalanta" klubları üz-üzə gəlib.

Görüşdə qələbə qazanan (3:0) berqamolular tarixlərində ilk dəfə Avroliqanın qalibi olublar.

Qarşılaşmanın 12-ci, 26-cı və 76 cı dəqiqələrində fərqənməklə het-trik edən Ademola Lokman leverkuzenlilərin 51 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.


metbuat.az.