23 May 2024 15:24
Hələ 2020-ci ilin oktyabrında atəşkəs ehtimalı var idi, lakin Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatları davam etdirməyi seçdi.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə "NEWS.ru"nun Paşinyanın KTMT-yə qarşı ittihamları ilə bağlı sualını cavablandırarkən deyib.
Zaxarova həmçinin xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin sayəsində 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanat imzalanıb.