METBUAT.AZ

İdman

Avropanın iki nəhəng klubu türk futbolçunu istəyir -

23 May 2024 11:18

“Fənərbaxça”nın futbolçusu Ferdi Kadıoğlunun adı “Arsenal”la hallanır.

Metbuat.az xəbər verir ki, “Arsenal” “Fənərbaxça”ya təklif göndərib. "Sabah" qəzetinin məlumatına görə, "Arsenal"dan başqa Ferdi Kadıoğlu üçün "Fənərbağça"ya rəsmi təklif göndərən digər klub "Bayer Leverkuzen"dir. Xəbərdə "Arsenal"ın "Fənərbaxça"ya ilk olaraq 20 milyon avro təklif etdiyi, bu təklifin rədd edildiyi bildirilib. Məlumata görə, “Arsenal” 20 milyon avro və 5 milyon avro bonus olaraq yeni təklif irəli sürüb.

"Fənərbağça" ilə daha 2 il müqaviləsi olan Ferdi Kadıoğlu bu mövsüm 50 matçda meydana çıxıb və 4234 dəqiqə meydanda olub. Futbolçu 3 qol və 5 məhsuldar ötürmə ilə hesaba töhfə verib.


metbuat.az.