METBUAT.AZ

Ölkə

Aynur Sabitova vəzifəsindən azad edildi

15 May 2024 17:26

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad edilib.

Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Məlumata görə, A.Sabitova öz xahişi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, A.Sabitova 2018-ci ildən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışırdı.


metbuat.az.