METBUAT.AZ

Siyasət

Azərbaycan – Almaniya münasibətləri Şvabeyə görə gərginləşə bilərmi? -

2 May 2024 13:15

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabe ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib.

O deyib ki, Şvabeni Almaniyada yaxşı tanıyırlar. Çünki alman mediası davamlı olaraq onun korrupsiyaya bulaşması və başqa ölkələrin maraqlarına xidmət etməsi barədə yazır.

Asim Mollazadə hesab edir ki, Şvabenin Azərbaycana qarşı nifrəti Avropanın deyil, onun şəxsi maraqları ilə bağlıdır.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında xatırladıb ki, Avropada Şvabeni müasir siyasi terrorun və siyasi faşizmin təmsilçilərindən biri kimi tanıyırlar:


“Artıq onun qeyri-ciddi yanaşmaları bizdə qəbul olunmur. Çünki onun Azərbaycana nifrətini, xüsusilə də Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı məsələlərdə heç vaxt ədalətli mövqe sərgiləmədiyini görmüşük. Bu adam Azərbaycana qarşı bu qədər sərt bir mövqe ifadə etməyi özünün hədəfi kimi baxır. O açıq-aşkar hansısa bir qüvvələrin tapşırığını yerinə yetirir. Ona görə də onun Azərbaycanın hara qayıdıb qayıtmayacağını müəyyən etməsi boyunu aşan məsələdir”.

Fazil Mustafa hesab edir ki, deputatın hansı bir dövlətlə bağlı belə bir açıqlama verməsi, Azərbaycan Almaniya ilə münasibətlərini pozmağa xidmət edən bir davranış sərgilədiyini göstərir:

“Azərbaycan üçün onun çıxışlarının heç bir əhəmiyyəti yoxdur. Biz strategiyamızı özümüz müəyyən edirik və bizə qarşı belə tələblərin qoyulması yolverilməzdir”.

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri Şvabenin münasibəti daha çox kansler Olof Şoltsa qarşı yönəlmiş münasibət kimi dəyərləndirilə bilər:


“10 illər ərzindən Almaniya -Azərbaycan münasibətrləri həmişə normal axarla gedib. 44 günlük müharibəyə qədər Qarabağ məsələsində Almaniyanın tərəfsiz, demək olar ki, obyektiv mövqeyini tez tez görürdük. O səbəbdən hətta təkliflər verilirdi ki, bu tərəfsizliyinə görə ATƏT Minsk qrupunda Fransanı Almaniya ilə əvəzləmək lazımdır. Bu müddətin 16 ili Xristian Demokratlar Partiyasının lideri Kansler Angela Merkelin vaxtında olsa da, son illər hakimiyyətə gəlmiş Sosial Demokrat Olof Şoltsun kanslerliyi dövründə də dəyişməyib. Keçən ilin sentyabr ayında keçirilən anti terror əməliyyatından sonra məlum olduğu kimi Makronun təsiri altında Olof Şolts Almaniyası 1-2 ay qərəzli yanaşmalar və bəyanatlarla yadda qaldı. Sonradan yəqin ki, reallığın harada olduğunu anladıqlarından hadisələrə nisbətən obyektiv yanaşmağa başladılar. Yəni bu günə qədər iki ölkə arasında proseslər hələ ki bu qayda ilə davam edir”.

Elşən Mustafayev qeyd edib ki, o Prezidentin Almaniya səfərinə xəstə təfəkkürü ilə reaksiya verən Frank Şvabenin söylədiklərinin Almaniya hökumətinin mövqeyi kimi qəbul etmir:

“Məsələnin maraqlı tərəfi odur ki, Şvabe də sosial demokrat partiyasın üzvü, bu partiyanın Bundestaqa irəli sürdüyü namizəddir. Yəni belə anlma gəlir ki, o verdiyi açıqlamaları ilə ilk olaraq öz kanslerinə qarşı çıxmış olur. Əslində elə belədir. Xeyli müddətdir ki, Şvabenin Almaniyadan kənar qüvvəələrin əlində alətə çevrilməsi ilə bağlı məlumatlar yayılırdı. Həmin qüvvələr bu dəfə onu Qarabağ məsələsi üzərindən meydana buraxıblar. Azərbaycanın Avropa Şurasında səs hüququndan məhrum olunması ilə bağlı layihəni onun hazırlaması da həmin qüvvələrin sifarişi idi. Həmin qararın içinə insan haqları, demokratik dəyərlərlə bağlı bir necə bənd salınması isə iz azdırmaq naminə olunmuşdu. Əsas məqsəd Qarabağ məsələsi üzərindən Azərbaycana təzyiq, Ermənistana isə dəstək idi. Yəni Şvabe xeyli müddətdir ki, hansısa maraqları naminə Azərbaycan əleyhinə olan güclərin əlində maşa kimi istifadə olunur. Onun son açıqlamaları da məhz həmin dairələrə ximətinin davam elədiyinin göstəricisidir”.

Analitik düşünür ki, Şvabenin açıqlamalarına görə Almaniya ilə münasibətlər əsla gərginləşməməlidir. Bəlkə bu bəyanatın digər bir səbəbbi bu gərginləşmənin yaranmasına xidmət idi:

“O səbəbdən belə insanların cavabları dərhal verilməli və bir kənara atılmalıdır. Alman hökuməti ilə münasibətlər təmaslar davam elətdirilməlidir. Paralel olaraq Olof Şoltsa qədər 17 il hakimiyyətdə olmuş, növbəti seçkilərdə yenidən hakimiyyətə qayıtma şansları görünən, hazırda alman bundestaqında böyük fraksiyası olan, Azərbaycanla hər zaman normal münasibətlərdə olmuş Xristian Demokrat İttifaqı ilə də əlaqələri daha da inkişaf elətdirmək lazımdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.