14 May 2024 13:04
Azərbaycan-ATƏT əməkdaşlığının çox yaxşı potensialı var.
Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.
“Azərbaycan-ATƏT əməkdaşlığının işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi və digər bu kimi həllərdə kadr potensialının gücləndirilməsi istiqamətində müsbət addımların atılması potensialı var”, - nazir bildirib.
XİN rəhbəri bu əməkdaşlığın çox yaxşı potensialının olduğuna dair ümidini ifadə edib.