METBUAT.AZ

Siyasət

Azərbaycan, Rusiya və Çinə səfər edəcəyəm -

31 May 2024 19:05

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel Azərbaycan, Rusiya və Çinə səfər edəcək.

Metbuat.az xəbər verir ki, bunu “Sözçü” qəzetinə müsahibəsində bildirib ki, yalnız Avropa İttifaqına (Aİ) daxil olan ölkələrlə əlaqələr qurmur.

Onun sözlərinə görə, səfər edəcəyi hər üç ölkənin rəhbərləri ilə görüşləri baş tutacaq.

“Səfərlər bu gün və ya sabah olmayacaq, amma mütləq olacaq”, - partiya sədri bildirib.

O, müsahibəsində iyunun 9-dan sonra Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini də vurğulayıb.


metbuat.az.