10 May 2024 14:14
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir. Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.