14 May 2024 11:03
Məşhur türk aktrisa Aytən Gökçer 84 yaşında vəfat edib.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, aktrisa sabah həyat yoldaşı Cüneyt Gökçerin məzarının yanında dəfn olunacaq.
Qeyd edək ki, 1940-cı ildə Ankarada dünyaya gələn aktrisa fəaliyyətə 1952-ci ildə Ankara Dövlət Konservatoriyasının balet bölümündə başlayıb. Altı il sonra Ankara Dövlət Teatrına keçib. Cüneyt Gökçerlə ailə qurub, Aslı Gökçer Oba adlı qızı var.
O, fəaliyyəti ərzində əsasən teatr səhnələrində olub, eyni zamanda bir neçə film və seriallarda da yer alıb. Aktrisanın bir çox yerli və xarici mükafatları var.
Aytən Gökçer həmçinin Azərbaycanda Sovet hakimiyyətinə qarşı mübarizədən bəhs edən “501 nömrəli kamera” filmində əsas rollardan birini canlandırıb. 1967-ci ildə çəkilən filmdə baş rolları Cüneyt Gökçer və Aytən Gökçer oynayıb.