METBUAT.AZ

Gündəm

Azərbaycanda cəza çəkən 4 qadın

26 May 2024 10:45

Prezident İlham Əliyevin imzaladığı Əfv sərəncamının icrasına başlanıb.

Metbuat.az xəbər verir ki, sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində davam etdirilib. Müəssisədə cəza çəkən 4 qadın cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Həmin məhkumlara arayışlar təqdim edilib və onlar azadlığa buraxılıb.

Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 154 nəfərə şamil edilib.


metbuat.az.