METBUAT.AZ

Sağlamlıq

Azərbaycanda koronavirus yenidən yayıla bilər? -

23 May 2024 15:38

Rusiyada koronavirusun yeni növü yayılıb. "FLİRT" adlanan növə yoluxanların sayı 178 nəfərdir. Bəs, Azərbaycanda koronavirusun yenidən yayılma ehtimalı varmı?

Mövzu ilə bağlı Metbuat.az-a danışan professor Adil Qeybulla bildirib ki, koronavirus pandemiyası bitsə də, epidemik ocaqlar davam edir:

“Bu onunla bağlıdır ki, vaksinasiya nəticəsində infeksiya zənciri qırılsa da, vaksindən xeyli yayınanlar oldu. Hazırda mikroştamm mutasiya variantlarının yayılması daha çox vaksin olunmayan şəxslər arasında baş verir”.

Adil Qeybulla qeyd edib ki, Azərbaycanda xeyli insanlar sənəd aldılar, lakin vaksinasiyadan yayındılar:

“Bu da indi həm dövlətə baha başa gəlir, həm də öz acı nəticələrini göstərir. Ona görə də, bu proses bir müddət davam edəcək. Ayr-ayrı ştammlar çox təhlükəli olmasa da, hər halda koronavirus infeksiyasının davamıdır. Burada da ölüm halları, ağırlaşmalar mümkündür. Necə ki, Azərbaycanda indiyə qədər infeksiayaya yoluxma və ölüm halları qeydə alınır”.

Adil Qeybulla onu da vurğulayıb ki, hələdə karantin qaydalarına əməl etməliyik:

“Xəstə şəxslər dərhal həkimə müraciət etməlidirlər. Həmçinin vaksinasiya da davam etdirilməlidir”.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.