METBUAT.AZ

Elm və Təhsil

Azərbaycanda təhsil alan əcnəbilərin sayı açıqlandı

31 May 2024 13:29

Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, 2021/2022-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan, xarici ölkələrdən olan tələbələrin sayı 5765 nəfər, 2022/2023-cü tədris ilində 6223 nəfər, 2023/2024-cü tədris ilində isə artaraq 6 680 nəfər olub.

Qeyd edək ki, bu sırada ilk üçlükdə 3 021 tələbə ilə Türkiyə, 1 069 tələbə ilə İran, 609 tələbə ilə Rusiya dayanır.


metbuat.az.