1 May 2024 10:30
Lənkəranda evdən 23 500 dollar (39 950 AZN ) və 5000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşlı oğlu tərəfindən törədildiyi məlum olub.
Onun evdən oğurladığı pul və qızı-zinət əşyalarını yaxınlıqdakı bağ sahəsində gizlətdiyi müəyyən edilib.
Araşdırma aparılır.