METBUAT.AZ

İdman

Azərbaycanda VAR sistemi ilə bağlı yeni qərar

13 May 2024 19:25

Azərbaycan I Liqasında keçiriləcək “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda VAR (Video Köməkçi Hakim) sistemindən istifadə olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Çempionluq yolunda böyük əhəmiyyət kəsb edən qarşılaşma mayın 16-da, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, sona iki tur qalmış “Qaradağ Lökbatan” 53 xalla liderdir. Rəqibindən iki xal az toplayan qonaqlar ikinci pillədə qərarlaşıb.


metbuat.az.