METBUAT.AZ

İdman

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 11 güləşçi

3 May 2024 17:47

Azərbaycanı mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində 11 güləşçi təmsil edəcək.

Metbuat.az xəbər verir ki, yunan-Roma güləşçilərimiz turnirin ilk günlərində mübarizə aparacaqlar.

Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizə olimpiya lisenziyası qazandırmağa çalışacaqlar.

Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi təmsil edəcəklər.

I-S kateqoriyalı hakim Asif Şirəliyev turnirdə ədaləti qoruyacaq.

Hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə əldə edəcəklər.

Xatırladaq ki, Azərbaycan güləşçiləri indiyədək 8 lisenziya qazanıblar. Sərbəst güləşdə bütün çəkilərdə (57, 65, 74, 86, 97 və 125 kq), yunan-Roma güləşində isə 67 və 77 kq-da Paris-2024-ə vəsiqə əldə olunub.


metbuat.az.