23 May 2024 20:17
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (59 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Metbuat.az-ın məlumatına görə, təmsilçimiz üçüncü yer uğrunda görüşdə rumıniyalı Ana Mariya Puiuya qalib gəlib.
Qeyd edək ki, digər güləşçilərimizdən Jalə Əliyeva (57 kq) və Elnurə Məmmədova (53 kq) final mərhələsində mübarizə aparacaqlar.
Şəhanə Nəzərova (50 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıqova (72 kq) isə yarışı mükafatsız başa vurub.