METBUAT.AZ

İdman

Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub etdi

18 May 2024 00:12

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayıb.

Metbuat.az-ın məlumatına görə, yığma Xorvatiyada meydan sahibləri ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının 3:0 (25:19, 25:19, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komanda mayın 18-də saat 15:00-da Slovakiya ilə qarşılaşacaq.


metbuat.az.