METBUAT.AZ

Ölkə

Azərbaycanlı hərbçi Ukraynada

29 May 2024 14:59

Ukrayna ordusunun azərbaycanlı hərbçisi Yüzbaşiyev Emin Əsabəli oğlu Zaporojye istiqamətində itkin düşüb.

Metbuat.az Report-a istinadən bildirir ki, Kirovoy-Roq Azərbaycanlıları Konqresinin sədri Rəmzi Rzayevin verdiyi məlumata görə, hərbçi artıq bir həftədir xidmət etdiyi Zaporojye cəbhəsində itkin düşüb.

Əslən Balakən rayonundan olan Emin Yüzbaşiyev Ukraynanın Kirovoy-Roq şəhərində doğulub boya-başa çatıb. Hazırda onun axtarışı ilə bağlı Kirovoy-Roq Azərbaycanlıları Konqresi dövlət qurumlarına ardıcıl müraciətlər edir.


metbuat.az.