15 May 2024 19:12
Yaşıl xətt üzrə “Nizami” stansiyasından “28 May” stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.
“Bakı Metropoliteni”nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb. Sərnişinlər vaqonun qapılarının “qəza-açma kranı”ndan istifadə edərək, sərnişini platformaya çıxarıblar.
Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, “qəza-açma kranı”nı yerinə qaytarıb və kabinaya dönərək hərəkəti bərpa edib.
Nəticədə, 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Halı pisləşən gənc xanıma “Nizami” stansiyasında dərhal ilkin yardım göstərilməklə təcili tibbi yardım xidməti dəvət edilib. Ona tibbi yardım göstərilib.