METBUAT.AZ

Hadisə

Bakıda 9-cu sinif şagirdi məktəbin önündə bıçaqlandı

12 May 2024 22:21

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib.

Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Hüseynov Rəsul Anar oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, R.Hüseynov 17-nömrəli məktəbin 9-cu sinif şagirdidir.


metbuat.az.