METBUAT.AZ

Hadisə

Bakıda qadın sürücü qəza törətdi,

29 May 2024 09:39

Bakıda qadın sürücü ağır qəza törədib .

Metbuat.az-ın məlumatına görə, hadisə Xəzər rayonun Buzovna qəsəbəsində baş verib. 1990-cı il təvəllüdlü Həsənova Səadət Rauf qızı idarə etdiyi "Mercedes" markalı avtomobillə Buzovna-Bakı şossesi istiqamətində hərəkətdə olarkən 1982-ci il təvəllüdlü piyada Əliyeva Səadət İbadət qızını vurub.

Qadın piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb.


metbuat.az.