METBUAT.AZ

Ölkə

Bakıdakı 8 xəstəxana

30 May 2024 10:12

Respublika Pediatriya Mərkəzi TƏBİB-in Müşahidə Şurasının qərarı və TƏBİB-in əmri ilə 6 aprel 2024-cü ildə 8 xəstəxanananın birləşməsi ilə yaradılıb.

Metbuat.az xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd pediatrik xidmətin təkmilləşdirilməsi, multidisiplinar yanaşmanın təmini, pediatrik tibbi xidmətin asan əlçatanlığının təmin edilməsi, modern tibbi müayinə və müalicə metodlarının tətbiq edilməsidir.

Respublika Pediatriya Mərkəzinin nəzdində Qarayev Uşaq Klinik Xəstəxanası, Uşaq Bərpa Mərkəzi, Nərimanov Uşaq Klinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Yasamal Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası fəaliyyət göstərir.


metbuat.az.