2 May 2024 10:01
Bakı şəhəri, Səbail rayonunun bir hissəsində su olmayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. Bildirilib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar 02 may 2024-cü il tarixində Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.