METBUAT.AZ

İdman

"Barselona"nın başına "taleh quşu qondu” -

17 May 2024 08:25

Səudiyyə Ərəbistanı komandalarından olan "Əl İttihad" ulduz futbolçu transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, ərəblərin siyahısında qapıçı da var. “Mundo Deportivo”da yer alan xəbərə görə, "Əl İttihad" "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenlə maraqlanır. Qeyd edilib ki, klub mövsüm sonunda qapıçı üçün böyük məbləğdə rəsmi təklif göndərəcək. “Əl İttihad”ın heyətinə Fabinyo, Nqolo Kante və Kərim Benzema kimi ulduz futbolçular var.

Qeyd edək ki, 2014-cü ildən "Barselona"da çıxış edən Ter Ştegenin Kataloniya komandası ilə 2028-ci ilə qədər müqaviləsi var. Məlumata görə, Ter Ştegen “Barselona”nın toxunulmaz futbolçuları arasında yer alsa da, ərəblərin fantastik təklifi maliyyə problemləri olan “Barselona”nı fikrində daşındıra bilər.


metbuat.az.