METBUAT.AZ

Gündəm

“Barselona”nın yeni məşqçisinin adı açıqlandı -

23 May 2024 20:24

“Barselona” "Bavariya"nın keçmiş baş məşqçisi Hans-Diter Fliklə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə italyan jurnalist Fabrizio Romano açıqlama verib. Onun iddiasına görə, mövsümün sonunda Xavinin əvəzinə Hans-Diter Flik təyin olunacaq. Flik 2019-2021-ci illərdə "Bavariya"nı çalışdırıb.

Qeyd edək ki, bundan əvvəl “Barselona” Xavi ilə klubda qalmaq barədə razılıq əldə etmişdi. Lakin Xavinin “Barselona”nın iqtisadi durumundan danışarkən “Real Madrid”lə yarışmağın çətin olacağını deməsi rəhbərliklə gərginliyə səbəb olub.


metbuat.az.