METBUAT.AZ

İdman

Basketbol Liqasında növbəti finalçılar bəlli oldu

12 May 2024 09:02

Azərbaycan Basketbol Liqasında növbəti finalçı müəyyənləşib.

Metbuat.az xəbər verir ki, “Xəzri” və “NTD-İndiqo” komandaları yarımfinalda ikinci dəfə üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində oynanılan görüş birincilərin 86:81 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk görüşdə də rəqibini üstələyən "Xəzri" finalda "Sabah"la qarşılaşacaq. Komandalar arasında ilk matç mayın 16-da baş tutacaq.


metbuat.az.