28 May 2024 11:05
Türkiyədə çempionatı ikinciliklə bitirən "Fənərbağça" ilə bağlı yeni transfer iddiası ortaya atılıb
Metbuat.az "Milliyet"ə istinadən xəbər verir ki, klubun prezidenti Ali Koçun Kərim Benzema ilə maraqlandığı bildirilir.
Koç ilə Benzemanın artıq Yunanıstanda bir araya gələrək transferi müzakirə etdikləri qeyd edilib.
Vurğulanıb ki, Kərim Benzema 200 milyon avro qazandığı Əl-Əhlidən ayrılmaq niyyətindədir.
O, İstanbul klubunda Edin Dzekonu əvəz edə bilər. Dzekoya Səudiyyə Ərəbistanı klublarından təkliflərin olduğu deyilir.