METBUAT.AZ

Hadisə

Bərdədə qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı

10 May 2024 14:44

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb.

Bərdə rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, mayın 10-u saat 11 radələrində Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək qohumu Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.


metbuat.az.