3 May 2024 12:21
Gəncədə məktəblilər arasında insident zamanı bıçaqlanan şagirdin durumu orta ağırdır.
Bu barədə Metbuat.az TƏBİB-dəb bildirilib. Məlumata görə, şagirdin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir:
"2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) 02.05.2024-cü il tarixində saat 16:33 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu ilə yerləşdirilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Qeyd edək ki, mayın 2-də Gəncə şəhəri 17 nömrəli tam orta məktəbin şagirdləri arasında insident yaşanıb. İnsident zamanı 2008-ci il təvəllüdlü R. İbrahimov bıçaqlanıb. Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S. İsayev saxlanılıb.