METBUAT.AZ

Ölkə

"Bir millət, iki dövlət" anlayışının memarı Atatürk və Heydər Əliyevdir -

10 May 2024 12:42

"Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə bu gün onu yad etdik".

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. O bildirib ki, "Bir millət, iki dövlət" anlayışının iki memarı var:

"Biri Mustafa Kamal Atatürk, digəri Heydər Əliyevdir. Bu gün iki ölkənin Prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderliyində bu anlayışı, bu münasibətləri ən yüksək səviyyəyə qaldırmaq üçün çalışırıq. Ulu Öndərdən miras aldığımız bu anlayışı bütün türk dövlətlərinə yaymaq üçün çalışırıq".

Seyranə Quliyeva / Metbuat.az




metbuat.az.