METBUAT.AZ

Ölkə

Bir zənglə kartdakı yeddi min manatı ələ keçirdi

14 May 2024 23:41

Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

Qurum rəsmisi bildirib ki, Suriya nömrəsi ilə zəng edən naməlum şəxs qarşı tərəfə yalan vəd verməklə bank kartında olan pulunu ələ keçirib:

“Deyiblər ki, 1 milyon 700 min dollar pul var, onu Azərbaycana köçürə bilmirik. Bank kart məlumatlarını bizə verin, ora göndərək, 700 min sizin olacaq. Sizinlə orada əlaqə saxlanılıb 1 milyon dolları təhvil alacaqlar. Vətəndaş bütün məlumatları həmin şəxsə verib, beş saniyə ərzində bank kartında olan 7 377 manat pul çıxarılıb”.

E.Hacıyev bir daha hər kəsi kibercinayətkarlardan qorunmağa çağırıb.


metbuat.az.