1 May 2024 12:03
"Son həftə ərzində kriptovalyuta bazarında qiymətlərin korreksiyasını müşahidə edilir. Mayın 1-də Bitkoin 5% dəyər itirərək 57.400 dollara qədər enib. Buna təsir edən əsas səbəb isə aprelin 30-u ABŞ Federal Məhkəməsinin dövriyyəsinə görə ən böyük kriptovalyuta birjası olan Binance-nin keçmiş rəhbəri Changpeng Zhao-ya dörd aylıq həbs cəzası verməsi olub".
Bu sözləri Metbuat.az-a açıqlamasında kriptovalyuta üzrə mütəxəssis Elnur Quliyev deyib.
O bildirib ki. bu qərar, kriptovalyuta bazarı üçün olduqca psixoloji faktor idi:
"Bundan əlavə, hazırda kriptovalyuta bazarında qiymətlərin qalxmasına mane olan əsas səbəb ABŞ iqtisadiyyatını dəstəkləmək üçün büdcəsi 400 milyard dollardan çox olan geri alış proqramından (RRP) istifadə edən ABŞ-nin maliyyə naziri Janet Yellenin fiskal strategiyasıdır".
Elnur Quliyev qeyd edib ki, bu qiymət enməsi müvəqqətidir və kriptovalyuta bazarındakı müəyyən qiymət korreksiyası gözlənilən idi:
"Həlledici qərər ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) uçot faiz dərəcəsinin endirməsi ilə bağlı olacaq. FRS-in faiz qərarı kriptovalyuta bazarında qiymətlərə təsir edən vacib fundamental faktorlardan biridir. Çünki faiz dərəcəsinin dəyişməsi birbaşa dolların likvidlik həcminə təsir edir və nəticədə bitcoin və digər riskli aktivlərin qiymətinin dəyişməsinə səbəb olur".
Seyranə Quliyeva / Metbuat.az