METBUAT.AZ

Siyasət

​“Biz milli dövlətçilik tariximizə böyük dəyər veririk” -

28 May 2024 13:34

“Müstəqilliyimizin qarantı dövlət başçımız və xalqın birliyidir. Hamımız qonşularımızda və dünyada baş verən prosesləri izləyirik. Hansı ölkədə xalqın lideri yoxdursa, o ölkədə sabitlik, inkişaf olmur və müstəqillik də təhlükə altına düşür”.

Bunu Metbuat.az-a millət vəkili Azər Badamov deyib. Millət vəkili bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti heç vaxt olmadığı qədər güclüdür:

“Bu gün Azərbaycanın müstəqillik tarixinin 106-cı ili tamam olur. Müstəqillik öz yurduna öz sahibliyindir. Yaşadığımız tarix sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etmək kimi çətindir. Çünki, 106 əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşa bildi. İlk müstəqil dövlətimizin ömrü çox uzun olmasa da cümhuriyyət qurucuları qısa zaman kəsiyində demokratik dövlətin əsaslarını yarada bildi. Biz öz milli dövlətçilik tariximizə böyük dəyər veririk.

17 noyabr 1990-cı ildə ümummilli lider Heydər Əliyev AXC-nin üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin zalına gətirdərək rəsmi dövlət bayrağı kimi qaldırdı. Biz milli dövlətçilik tariximizə böyük dəyər verdiyimizə görə, 28 mayı Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qəbul etdik”.

Azər Badamov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və sonrakı dövrdə İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi edib:

“Qalib, nüfuzlu və dünya siyasətində xüsusi rola malik müstəqil Azərbaycan dövləti özünü təsdiq edib. Dünyanın hansı ölkəsində yaşamasından asıllı olmayaraq, hər bir azərbaycanlı öz vətəni ilə fəxr edir. Azərbaycan dövləti nəinki ölkəmizdə yaşayan vətəndaşlarımızın firavan yaşamasını və təhlükəsizliyini təmin edir, həm də dünyada yaşayan soydaşlarımızın ümüd yeridir.

Müstəqillik Günü münasibətilə dövlət başçımızın ünvanına dünyanın ən güclü dövlətlərindən tutmuş ən kiçik dövlətlərə qədər saysız hesabsız təbrik məktubları ünvanlanır. Bu, həm də dünyada Azərbaycan Prezidentinin timsalında Azərbaycan dövlətinə olan böyük hörmətin göstəricisidir. Bu gün vətəni sevən hər bir şəxs müstəqil dövlətimizlə fəxr edir və qürur duyur.

Fürsətdən istifadə edərək bu əziz bayram günündə dövlət başçımız başda olmaqla xalqımızı təbrik edir, Xalq Cümuhuriyyətin siyasi varisi olan Azərabaycan dövlətinin müstəqilliyinin əbədi və sasılmaz olmasını arzulayıram. Bayramınız mübarək!”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.