2 May 2024 16:06
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.
Metbuat.az, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub.
Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.