METBUAT.AZ

Sağlamlıq

Bu əlamətlər varsa, infarkt yaxınlaşır

31 May 2024 18:56

İnfarkt son illərdə gənc nəsli də hədəf alan ən təhlükəli vəziyyətlərdən birinə çevrilib. Odur ki, infarkt əlamətlərini bilmək böyük əhəmiyyət kəsb edir.

Metbuat.az Medicina.az-a istinadən infarktın ən mühüm əlamətlərini təqdim edir:

İnfarkt ürəyə kifayət qədər oksigen daxil olmaması səbəbindən ürək toxumasının ölümünə səbəb olan ciddi bir vəziyyətdir.

İnfarktın simptomları insandan insana dəyişə bilər. Həmçinin cins, yaş və digər amillərdən təsirlənə bilər. Ancaq bu simptomlar adətən hər infarktdan öncə müşahidə olunur :

Sinə ağrısı: tez-tez sinə bölgəsində kəskin basqı, sıxılma və ya ağrı hissi ola bilər. Bu ağrı adətən döş qəfəsinin mərkəzində və ya sol tərəfində hiss olunur, 5 dəqiqədən çox davam edir.

Bəzi insanlarda ağrı kürək, boyun, qol, çənə və ya qarın nahiyəsinə yayıla bilər.

Nəfəs darlığı: qəfildən nəfəs almaqda çətinlik çəkməyə başlamaq və ya normaldan daha sürətli nəfəs alıb-vermək.

Tərləmə: soyuq tərləmə, tər ifrazının ani artışı, anormal tərləmə baş verə bilər.

Ürəkbulanma və ya qarın ağrısı: bulantı, qusma və ya qarında narahatlıq yarana bilər.

Başgicəllənmə və ya baş ağrısı: ani başgicəllənmə və ya baş ağrısı kimi simptomlar ola bilər.

Yorğunluq: anidən gələn güclü bir yorğunluq hissi baş qaldırır.

Anksiyete: anidən qayğı hissi, təşviş və ya daxili narahatlıq yarana bilər.

Ürək ritmində dəyişikliklər: ürək ritmində anormal dəyişikliklər, sürətlənmə və ya yavaşlama müşahidə oluna bilər.


metbuat.az.