METBUAT.AZ

Ölkə

Bu görüntülər Azərbaycana aid deyil -

29 May 2024 12:05

Son günlər sosial şəbəkədə Bakıda özlərini polis əməkdaşı kimi təqdim edən bir qrup şəxsin binalara, evlərə gəlməsi barədə məlumatlar yayılır.

Metbuat.az xəbər verir ki, yayılan məlumata görə, həmin şəxslər polis nişanları olan sənədlər və blanklara sahib həmin şəxslər özlərini polis kimi təqdim edərək, oğurluq üçün evlərə girirlər.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, yayılan görüntülər xarici ölkələrdən birinə aiddir, ölkəmizlə əlaqəsi yoxdur.

"DİN tərəfindən bu məzmunda hər hansı məlumat verilməyib, paylaşılmayıb. Ölkəmizdə belə hal olması ilə bağlı polisə vətəndaşlar tərəfindən hər hansı müraciət daxil olmayıb", - deyə əlavə edilib.


metbuat.az.