METBUAT.AZ

Ölkə

"Bu hissləri sözlə ifadə etmək çətindir" -

29 May 2024 15:09

"Xocalıda yaşamaq, havasını udmaq çox gözəl hissdir. Bunları sözlə ifadə etmək çətindir".

Bunu Metbuat.az-a açıqlamasında illər sonra doğma yurduna köçən Ceyran Əzizova deyib. O, təəsüratlarını bizimlə bölüşüb:

"32 ildən çoxdur çəkdiyimiz həsrət sona yetir. Bunu heç bir şeylə əvəz etmək olmaz. Təsəvvür edin ki, ananızı 32 ildir görmürsünüz. 32 ildən sonra görürsünüz. Belə möhtəşəm bir hissdir. Bizə bu sevincli günləri yaşadan Ali Baş komandanımıza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə tezliklə şəfa versin".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.