METBUAT.AZ

İqtisadiyyat

Bu il dolların dəyər itirməsi gözlənilir? -

4 May 2024 10:00

2024-cü ildə dollar digər valyutalar qarşısında baha olaraq qalacaq.

Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib. Onun sözlərinə görə, bu il dünya bazarlarında dolların dəyər itirməsi gözlənilmir:

"Ona görə ki, Federal Ehtiyatlar Sistemi düşünmürəm il ərzində bir neçə dəfə faiz endiriminə getsin. Faiz endirimi bir dəfə, maksimum iki dəfə ola bilər. Hər bir halda bu il faizlərin 4 faizin üzərində qalacağı gözlənilir. Faiz artırılması məsələsi demək olar ki, istisnadır. Dolların digər valyutalara nəzərən kəskin bahalaşacağı ehtimalı da azdır".

İqtisadçı bildirib ki, burada önəmli olan məsələ digər valyutalarla bağlıdır:

"Hazırda ən güclü iqtisadiyyat ABŞ iqtisadiyyatıdır. Digər ölkələrin iqtisadiyyatının zəif olması onların valyutasına mənfi təsir göstərir. Yəni əgər dollar bahalaşarsa, güclü olduğu üçün deyil, məhz həmin iqtisadiyyatlardakı zəiflik səbəbindən ola bilər".

Cavidan Mirzəzadə \ Metbuat.az


metbuat.az.