3 May 2024 09:28
Vitamin, minerallar, həll olunmayan liflər, pektinlərlə zəngin olan yemiş yay aylarının ən sevimli meyvələrindən biridir. Bununla yanaşı yemişin insan sağlamlığı üçün faydaları çoxdur.
Metbuat.az xarici mediaya istinadən yemişin faydalarını təqdim edir:
- İmmunitet sistemini gücləndirir
- Damar tıxanmasının qarşısını almaqda təsirli olur
- Ürək və qan azlığına xeyirlidir, təzyiqi tənzimləyir
- Böyrək daşlarının və qumun keçməsinə kömək edir
- Sakitləşdirici təsiri sayəsində sinir sisteminə müsbət təsir göstərir
- Yuxu problemi olanlar üçün yaxşıdır.
- Sidikqovucu xüsusiyyətlərə malikdir
- Dərini nəmləndirir və revmatizm ağrılarını aradan qaldırır
Asan həzm olunan meyvələr arasında yer alan qovun arıqlamaq istəyən, lakin maddələr mübadiləsi yavaş olanlara tövsiyə edilir. Pəhriz proqramlarına daxil olan qovun tez arıqlamağınıza kömək edir və maddələr mübadiləsini sürətləndirir.